Modern.az

Terrora görə 3 günlük matəm elan olundu

Terrora görə 3 günlük matəm elan olundu

3 Aprel 2017, 20:14

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayını açıqlayıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə açıqlama verən Rusiya səhiyyə naziri Veronika Skvortsovanın sözlərinə görə, partlayış nəticəsində 10 nəfər ölüb. Hadisədə yaralananların sayı isə  47 nəfərdir.

Bu arada terror qurbanları ilə bağlı Sankt-Peterburqda 3 günlük matəm elan olunub. Matəmin sabahdan elan olunması barədə qubernator Georgiy Poltavçenkonun mətbuat katibi Andrey Kibitov mediaya məlumat verib.

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində partlayış törədilib.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər