ABŞ prezidenti Donald Tramp Sankt-Peterburq metrosunda törədilən terror aktına münasibət bildirib. Modern.az saytı “Reuters”ə istinadən xəbər verir ki, Tramp terroru dəhşətli hadisə adlandırıb.
“Bu, dəhşətlidir – bütün dünyada baş verir. Bu, birmənalı şəkildə dəhşətdir”-deyə Tramp bildirib.
Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.
Rusiya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. Hadisəyə görə, 3 günlük matəm elan edilib.
Aqşin KƏRİMOV