Bavariya federal torpağında yerləşən "BMW" avtokonserninə məxsus zavodda partlayış baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayışda 5 nəfər xəsarət alıb.
Polisin məlumatına görə, zavodda sıxılmış qaz balonu partlayıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu, helikopterlə xəstəxanaya aparıldığı bildirilir.
Modern.az