Sankt-Peterburq metropoliteninin işi qismən bərpa olunub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, artıq metronun 3,4,5-ci xətlər üzrə hərəkəti tam açıqdır.
Məlumata görə, 2-ci xətt üzrə hərəkət "Kupçino"dan "Moskovski"yə və "Petroqradski"dən "Parnas" stansiyasına qədərdir.
Qeyd edək ki, aprelin 3-ü Bakı vaxtı ilə 15.40-da Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeski institut-2" stansiyaları arasında partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.
Modern.az