Modern.az

“Təzə Bazar”da yanğın olub

“Təzə Bazar”da yanğın olub

Aktual

4 Aprel 2017, 02:18

Bakı şəhəri, Nəsimi rayonunda “Təzə Bazar” adlanan ərazidə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda “Təzə Bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza