Modern.az

Diqqət: Bu yollarda hərəkət məhdudlaşdırılır

Diqqət: Bu yollarda hərəkət məhdudlaşdırılır

Aktual

4 Aprel 2017, 09:39

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

 
Modern.az quruma istinadən xəbər verir ki, bununla əlaqədar olaraq bu gün saat 11:00- dan axşam saatlarınadək Səbael rayonu, Bayıl dairəsi – Bibiheybət yolu, həmçinin, Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu  yol qovşaqlarında avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq.

 

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza