Modern.az

ADU-da Qafqazşünaslıq kafedrası yaradılıb

ADU-da Qafqazşünaslıq kafedrası yaradılıb

Aktual

4 Aprel 2017, 10:48

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 31 mart 2017-ci il tarixli qərarına əsasən universitetdə Qafqazşünaslıq kafedrası yaradılıb.

Modern.az xəbər verir ki, kafedranın yaradılmasında məqsəd Qafqaz regionunun hərtərəfli öyrənilməsi, burada yaşayan xalqların tarixi, mədəniyyəti, etnoqrafiyası, dilləri və s. barədə tədqiqatların aparılmasıdır.

Qeyd edək ki, regionun öyrənilməsinin strateji əhəmiyyətə malik olduğu nəzərə alınaraq, kafedraya Qafqaz regionunu tədqiq edən ən yaxşı alim və mütəxəssislər cəlb ediləcək.

Azərbaycan Dillər Universiteti region üzrə tədqiqat aparan alim və mütəxəssisləri kafedrada işə dəvət edir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza