Modern.az

Rusiyadakı terrorda azərbaycanlı qızın öldüyü TƏSDİQLƏNDİ - YENİLƏNİB

Rusiyadakı terrorda azərbaycanlı qızın öldüyü TƏSDİQLƏNDİ - YENİLƏNİB

Aktual

4 Aprel 2017, 11:36

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbər Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq edib.

 

Bu barədə özəl olaraq Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

 

S.Qasımov bildirib: "Dilbər Əliyevanın ölümü haqqında məlumatı səhər saatlarında aldıq. Hazırda xəstəxanaya gedirik".

 

Baş konsulun sözlərinə görə, partlayış zamanı xəsarət alan azərbaycanlının vəziyyəti isə stabildir: "O, hələ xəstəxanadadır".

 

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 45 nəfər xəstəxanaya yerləşdirilib.

 

***

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayış nəticəsində ölən azərbaycanlı Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil.

 

Bu barədə  Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

S.Qasımov bildirib: "Dilbər Əliyeva Rusiya vətəndaşı olub, Rusiyada yaşayır və təhsil alırdı".

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza