Türkiyənin cənub-şərqində, Şırnak vilayətində partlayış nəticəsində 3 türk hərbçi şəhid olub, 5-i yaralanıb. Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən bildirir.
Partlayış Qabar rayonunda hərbi əməliyyat zamanı baş verib.
Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.
Modern.az