Bu gün "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti yığıncağı keçirilib.
Bankdan Modern.az-a verilən məlumata görə, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:
-Bankın Nizamnaməsi yeni redaksiyada təsdiq edilib;
-"Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları"ı təsdiq edilib;
-"Hesablama Komissiyası haqqında Əsasnamə" təsdiq edilib;
-Müşahidə Şurasının Əsasnaməsinə əlavə və dəyişikliklər edilib;
-2016-cı ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilib;
-2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul edilib.
-PAŞA Holdinqin Biznes qrupu üzrə direktoru və holdinqin icraçı direktorunun müavini Fərid Məmmədov Müşahidə Şurasının üzvü təyin edilib.
Modern.az