Modern.az

Sabaha olan hava PROQNOZU

Sabaha olan hava PROQNOZU

Aktual

4 Aprel 2017, 13:15

Aprelin 5-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 12-17° isti, Bakıda gecə 5-7° isti, gündüz  13-15° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək.

 

Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza