Modern.az

BDU Azərbaycan universitetləri arasında birinci oldu

BDU Azərbaycan universitetləri arasında birinci oldu

Aktual

4 Aprel 2017, 13:27

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi və Media Consulting and Services şirkəti 2017-ci ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb. 

Modern.az xəbər verir ki, monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal, elektron vasitələrdə yayımlanan 1600 sayt, 12 televiziya  və  12 radio kanalı, sosial şəbəkələr daxildir. Media Təqib Mərkəzinin monitorinqinə əsasən, qəzet, jurnal, sayt, televiziya və radio kanallarında  Bakı Dövlət Universiteti liderliyini qoruyub.  

Media Consulting and Services şirkətinin mart ayı üzrə apardığı monitorinqin nəticələrinə görə Bakı Dövlət Universiteti ilk yerdə qərarlaşıb. BDU 1513 xəbərlə birincidir. Sonrakı yerləri ADU, UNEC, ATU, BANM, AzTU, ADA, BSU, AU, ADPU tutub. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza