Modern.az

QHT Şurası layihə rəhbərləri və mühasiblər üçün təlimlərə start verdi

QHT Şurası layihə rəhbərləri və mühasiblər üçün təlimlərə start verdi

13 Aprel 2011, 18:38


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında təlimlərə start verdi.

Bu gün Şuranın ofisində iki növbədə - səhiyyə məsələləri və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər istiqamətində maliyyələşdirilən 28 QHT-nin layihə rəhbərləri və mühasiblərinə təlimlər keçildi.

Layihə idarəetməsilə bağlı təlimi aparan Şuranın icraçı direktoru Fərasət Qurbanov iştirakçılara layihənin idarə olunması prosedurları ilə bağlı təlimatları, layihənin icrasında diqqət yetirilməli əsas məqamları açıqladı, eləcə də layihənin icrasından effektli nəticələrin əldə edilməsi üçün tövsiyələr verdi. F.Qurbanov təlim iştirakçılarının bu məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırdı.

Təlimin ikinci yarısını aparan Şuranın baş mühasibi Tofiq Həsənov QHT-də ilkin və mühasibat uçotunun təşkili və MMUS-un tələbləri haqda məlumat verdi, maliyyə vəsaitindən istifadə qaydaları, maliyyə hesabatlarının tərtibi, hesabatvermə, maliyyə hesabatının təsviri hesabatla uyğunluğu barədə təlim iştirakçılarını maarifləndirdi və qaydalara riayət etməyənlər üçün görülən tədbirlər haqqında danışdı.       
Sosial təşəbbüslər istiqamətində maliyyələşdirilən layihə rəhbərləri və mühasibləri üçün keçiləcək növbəti təlim aprelin 15-də Şuranın ofisində olacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...