Modern.az

Bəşər Əsədin əmisinin 735 milyon dollarlıq hesabı bloklandı

Bəşər Əsədin əmisinin 735 milyon dollarlıq hesabı bloklandı

5 Aprel 2017, 00:30

İspaniya məhkəməsi Suriyanın sabiq vitse-prezidenti Rifaat Əsədə və onun ailə üzvlərinin bank hesablarını bloklayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onlara məxsus, ümumi dəyəri 735 milyon dollar olan 500-dək obyektin müsadirə edilməsi və bank hesablarının bloklanmasına dair qərar qəbul edib.  

Məlumata görə, Suriya prezidentinin əmisi  Rifaat Əsəd, Bəşər Əsədin atasının hakimiyyətdə olduğu dövrdə vitse-prezident vəzifəsində çalışıb. O, 1984-cü ildə uğursuz dövlət çevrilişi cəhdindən sonra ölkədən qovulub.   

 

Bir müddət əvvəl Fransada Rifaat Əsəd barəsində dələduzluq və “çirkli pulların yuyulması” maddələri üzrə cinayət işini başlayıb. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?