Modern.az

Gəncə polisi biabırçı hadisədən xəbərsizdir - AÇIQLAMA

Gəncə polisi biabırçı hadisədən xəbərsizdir - AÇIQLAMA

Aktual

5 Aprel 2017, 12:11

Gəncə polisi 3 uşaq atası Həsən Səfərovun 23 yaşlı qardaşı qızını qaçırması məsələsindən xəbərsizdir.

Gəncə şəhər Baş Polis İdarəsindən Modern.az-a bildirlib ki, hadisə barədə bu quruma məlumat daxil olmayıb:

“Məsələ ilə bağlı bizə vətəndaş tərəfindən hər hansı şikayət daxil olmadığı üçün heç bir araşdırma aparılmır. Çünki araşdırma aparılması üçün müraciət olunmalıdır”.

Xatırladaq ki, Xəzər TV-nin dünən yaydığı məlumata görə, 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb, onunla dini kəbin kəsdirib. Məlumata görə, qoşulub qaçan qadın da evli olub, 2 uşaq anasıdır.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza