İranın şərqində güclü zəlzələ qeydə alınıb. Modern.az İran KİV-nə istinadən xəbər verir ki, hadisə Məşhəd şəhərinin 76 kilometr cənub-şərqində qeydə alınıb.
Hadisənin səhər saatlarında yerin 33 kilometr dərinliyində baş verdiyi bildirilir. Ölü və yaralılar haqda məlumat verilmir.
Vüqar İSMAYILOV