Modern.az

“Ümumrusiya Azərbaycan Konqresinin ləğv olunacağına inanmaq istəmirəm”

“Ümumrusiya Azərbaycan Konqresinin ləğv olunacağına inanmaq istəmirəm”

Aktual

5 Aprel 2017, 13:22

Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Rusiya Ali Məhkəməsinin qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.

 

Məsələ ilə əlaqədar Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Modern.az-a açıqlama verib.

Deputat Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsilə bağlı hələ bir səhih məlumatın olmadığını bildirib.

“Yəni rəsmi surətdə bununla bağlı açıqlama yoxdur. Əgər bu belə olarsa, böyük narahatçılıqla qarşılayıram. Hesab edirəm ki, Rusiya kimi böyük ölkədə belə bir icmamızın olması olduqca vacibdir.  Rusiya qanunlarına görə, milli azlıqların özünün ictimai təşkilat yaratmasına, onun maraqlarının qorunmasına icazə verilir. Yaddan çıxartmayaq ki, bu təşkilata vaxtilə ulu öndər Heydər Əliyevin və Rusiyanın hazırkı prezidenti Vladimir Putinin özünün yaxından iştirakı, xeyir-duası ilə yanaşılıb. Ümumrusiya Azərbaycan Konqresi Rusiyanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Bir sözlə, Rusiya ilə Azərbaycan arasında etibarlı körpü rolunu oynayır. Mən Rusiya tərəfinin bu məsələyə dostcasına yanaşacağına inanıram”.


Aydın Mirəzəzadə deyib ki, Ümumrusiya Azərbaycan Konqresinin bağlanması təxmin edilən vəziyyətə gəlib çıxmayacaq.

“Çünki bunun üçün heç bir əsas yoxdur. Azərbaycan və Rusiya arasında dostluq, qardaşlıq münasibətləri var.  Bir-birimizin milli maraqlarına hörmətlə yanaşırıq. Orada yaşayan azərbaycanlılar Rusiya qanunlarına hörmətlə yanaşır. Ümumrusiya Azərbaycan Konqresi həmişə Rusiya qanunlarına uyğun hərəkət edib.  Ona görə də bunun sadəcə versiya olduğuna inanmaq istəyərdim. Əgər bu fikir reallaşarsa və yaxud təxmin edilən gərgin vəziyyətə gəlib çatarsa, Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bununla bağlı prinsipial və Rusiya tərəfinə bu addımı atmamaq barəsində müraciət ünvanlaya bilər”.

 

Mirmahmud KAZIMOĞLU

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza