Modern.az

“Muzeylərimizin 22-si işğal altındadır”

“Muzeylərimizin 22-si işğal altındadır”

Aktual

5 Aprel 2017, 14:36

“Bu gün Azərbaycanda 200 muzey var, onların 22-si işğal altındadır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasdında deyib. Komitə sədri bildirib ki, həmin muzeylərdəki eksponatlar oğurlanaraq satılıb, bir çox xalçalar erməni xalçası adı ilə satışa çıxarılıb.

R.Hüseynov deyib ki, ermənilərin Azərbaycan mədəni irsinə qarşı “qəsd” etmələri həmişə olub və hazırda da var.

“Bunun qarşısını olmaqdan ötrü işlər görülməlidir. Novruz bayramı günlərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitələrinin növbəti içlası keçirilirdi. Həmin komitələrdən birinin iclasında mədəni irsin qorunması, onun məhv edilməsinin qarşısının alınması ilə bağlı məruzə müzakirə olunurdu. Məruzəni hazırlayan şəxs də Azərbaycanı tanıyan, bura gəlib-gedən şəxs idi. Məruzənin müzakirəsi zamanı o çıxış edərək bildirdi ki, mədəni irs bəşəriyyətə məxsudur, insanlığa aiddir. Lakin onu da əlavə edim ki, öncə AŞPA-ya üzv olan Avropa ölkələrində bu sahədəki vəziyyəti düşünməliyik. Məsələn, Avropada ən qədim insan-yaşayış məskəni Azıx mağarasıdır. Bu, təsdiqlənmiş faktdır. Ancaq bu gün həmin mağara işğal altındadır, erməni təcavüzünə məruz qalıb, dağıdılıb. Eyni zamanda, qeyd etdim ki, bu gün Azərbaycandakı 200 muzeyin 22-si işğal altındadır. Onların eksponatları oğurlanıb, məhv edilib, satışa çıxarılıb. Bildirdim ki, bu faktlar da məruzədə əksini tapmalıdır. Mənim fikirlərim Türkiyədən, Ukraynadan, Böyük Britaniyadan olan deputatlar tərəfindən də dəstəkləndi, onları məni müdafiə etdilər. Çox sevindirici haldır ki, fikirlərim, təkliflərim həmin məruzədə də öz əksini tapacaq".


Mirmahmud KAZIMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza