Modern.az

Regional Jurnalistika Məktəbi başladı

Regional Jurnalistika Məktəbi başladı

14 Aprel 2011, 11:15

Bu gün Bakıda Regional Araşdırmaçı Jurnalistika Məktəbinin ilk toplantısı başlayıb. 3 gün davam edəcək tədbirdə Azərbaycandan əlavə 3 ölkənin – Qazaxıstan, Gürcüstan və Ukraynadan olan jurnalistlər dəvət edilib.

Təlimlərdə nüfuzlu  jurnalist mükafatlarının laureatları, araşdırma jurnalistikasında yüksək nailiyyət  əldə edən media nümayəndələri iştirak edir. Trenerlər arasında yerli ekspertlərlə yanaşı, Qərb ölkələrindəki müxtəlif media institutlarının təmsilçiləri var.

Təlimini ilk günündə Revenue Watch İnstitutunun məruzəçisi İnqilab Əhmədov və iqtisadçı İlham Şaban neft gəlirlərinin şəffaflığı ilə bağlı araşdırma üsullarından danışıblar. Bu günün ikinci yarısında İNSEAD Sosial Təşəbbüslər Mərkəzindən Mark Li Hanter araşdırma jurnalistikasının əsasları barədə iştirakçılara xəbər verəcək.  

Təlimin növbəti günlərində Brunyel və Vestminster Universitetinin məruzəçisi Murrey Dik   onlayn araşdırmanın üstünlüklərindən danışacaq. Danimarkanın SCOOP mərkəzinin təmsilçisi Tom Heinmann isə əsasən qarşılıqlı jurnalist araşdırmalarının növləri haqqında söz açacaq.

Regional Araşdırmaçı Jurnalistika Məktəbi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun təşəbbüsü ilə keçirilir. Hər ölkədə məktəbdə iştirak üçün müraciət edən jurnalistlər arasında seçim aparılandan sonra onlardan yalnız 5 nəfəri treninqə dəvət edilib.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal