Modern.az

Meyxanaçı Kərimin beyninə qan sızdı

Meyxanaçı Kərimin beyninə qan sızdı

Aktual

5 Aprel 2017, 15:54

Məşhur meyxanaçı Kərimin beyninə qəfil  qan sızıb. 

Modern.az xəbər verir ki, bu barədə unikal.org-a meyxanaçının bacısı oğlu  Rüstəm məlumat verib. O, bildirib ki, meyxanaçı  Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: 

"Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza