Modern.az

Sankt-Peterburq metrosunda ölən azərbaycanlının meyiti Bakıya gətirilib

Sankt-Peterburq metrosunda ölən azərbaycanlının meyiti Bakıya gətirilib

Aktual

5 Aprel 2017, 16:25

Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlı Dilbarə Əliyevanın meyiti Bakıya gətirilib və qohumlarına təhvil verilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan "Report"a verilən məlumata görə, dünən meyitin tanınması və sənədləşdirmə işləri yekunlaşıb və D.Əliyevanın cəsədi bu gün yerli vaxtla saat 11:00-da təyyarə ilə Bakıya göndərilib.

Xatırladaq ki, 20 yaşlı D.Əliyeva aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub. O, imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum tarixi vətənində dəfn ediləcək.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza