Modern.az

Azərbaycan məscidlərində təhlükəsizlik necə təmin olunur?

Azərbaycan məscidlərində təhlükəsizlik necə təmin olunur?

Aktual

5 Aprel 2017, 16:51

Azərbaycan dünyəvi dövlət olsa da, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarətdir. Müsəlmanların ibadət etməsi üçün isə ölkə ərazisində 2166 məscid istifadəyə verilib.

 

Müxtəlif dövrlərdə ayrı-ayrı məscidlərdə baş verən hadisələrdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün ibadət evlərində veb-makeraların quraşdırılacağını açıqlamışdı.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Modern.az-a deyib ki, ehtiyac yaranan məscidlərdə kameralar quraşdırılıb:

 

“Azərbaycanda ictimai, siyasi sabitlik olduğu kimi dini durumda da kifayət qədər sabitlik var. Respublika üzrə fəaliyyət göstərən məscidlərimizdə narahatlıq doğuran hər hansı məqam yoxdur. Bu məsələ daimi olaraq həm Qafqaz Müsəlmanları İdarəsi, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həmçinin,  digər aidiyyəti qurumların diqqət mərkəzindədir. Bu məsələyə hər zaman həssas yanaşılır”.

 

Xüsusilə cümə günləri bəzi məscidlərin polis əməkdaşları tərəfindən qorunmasına komitə rəsmisi belə aydınlıq gətirib:

“Qeyd etdiyim kimi zərurət olan məscidlərdə kameralar quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Bütün hallarda istər Bakıda, istərsə də regionlarımızda məscidlərdə təhlükəsizliklə bağlı narahatlıq yoxdur. Harada ehtiyac varsa, həmin məscidlərdə kameralar yerləşdirilib, eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bu baxımdan dindarlarımız sərbəst şəkildə, rahatlıqla ibadətlərini davam etdirə bilərlər”.

G.İsmayılov bildirib ki, dindarlar sərbəst şəkildə ibadət edirlər, bundan sonra da ibadət edəcəklər.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza