Modern.az

Türkiyə Ermənistanla sərhədi minalardan təmizləyir

Türkiyə Ermənistanla sərhədi minalardan təmizləyir

Aktual

5 Aprel 2017, 17:46

Türkiyənin İran, Azərbaycan və Ermənistanla sərhədlərində minatəmizləmə işləri başlayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Avropa Birliyi və BMT-nin dəstəyi ilə həyata keçirilən layihə Ağrıdağının ətrafından start götürüb.

 

Xüsusi texnika və itlərin iştirakı ilə həyata keçirilən işləri Cənubi Afrikadan olan ekspertlər həyata keçirir. Türkiyənin İran, Ermənistan və Azərbaycanla sərhəd ərazilərində 222 min mina var.

 

Vüqar İSMAYILOV

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza