ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Merilənd ştatında yerləşən Endryüs aviabazasının yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı pilot katapult vasitəsilə sağ qalmağı bacarıb.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Modern.az