Modern.az

Sankt-Peterburqdakı terrorun qurbanı Bakıda dəfn olunacaq

Sankt-Peterburqdakı terrorun qurbanı Bakıda dəfn olunacaq

Aktual

6 Aprel 2017, 00:16

Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində ölən 20 yaşlı azərbaycanlı Dilbər Əliyevanın meyiti Bakıya gətirilib. Modern.az xəbər verir ki, əslən Borçalıdan olan Dilarə Əliyeva bu gün Bakıda dəfn olunacaq. Dilarə Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum valideynləri onu vətənində torpağa tapşırmaq istəyib.

Qeyd edək ki, Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olan D.Əliyeva imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın ailəsi əslən Gürcüstanın Faxralı kəndindən olub. Ailənin həm Sankt-Peterburqda, həm də Bakıda  evləri olub. Ailə Rusiyadakı evlərini satıb Bakıya köçməyi planlaşdırırmış. Bunu hələ reallaşdırmamalarının səbəbi isə Dilarənin tələbə olması imiş. Hazırda üçüncü kursda təhsil alan Dilarə Universiteti bitirdikdən sonra ailə Bakıya köçəcəkmiş.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza