Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də ATƏT-in Minsk qrupunun həmsərdləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Modern.az