Modern.az

Şəmsəddin Hacıyev Milli Məclisdə mübahisə yaratdı

Şəmsəddin Hacıyev Milli Məclisdə mübahisə yaratdı

Aktual

6 Aprel 2017, 11:52

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi “Təhsil haqqında” qanunla ziddiyyət təşkil edir”.

Modern.az xəbər verir ki, bunu Azərbaycanda Milli Məclisinin Elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitənin üzvü Şəmsəddin Hacıyev deyib.

Deputatın fikrinə həmkarı Asim Mollazadə etiraz edib. O bunun mümkün olmadığını deyib və məscidlərlə bağlı məsələni diqqətə çatdırıb.

Ş.Hacıyev isə deyib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki, vəhhabilik və digər cərəyanlarla məşğul olsunlar. “Ona görə də xarici sərmayədarlara təsisçilik hüququ verilməlidir ki, onlar Azərbaycanda təhsil müəssisələri tiksinlər. Tədris və təsisçilik ayrı-ayrı şeylərdir”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza