Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 14-18, Bakıda gecə 4-6, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz - Aprelin 9-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Modern.az