Modern.az

Bakıdakı Qərb Universitetinə əcnəbi rektor təyin edildi 

Bakıdakı Qərb Universitetinə əcnəbi rektor təyin edildi 

Aktual

6 Aprel 2017, 15:00

Qərb Universitetində yeni rektor fəaliyyətə başlayıb. Bundan sonra universitetə Latviya vətəndaşı Andris Leitas rəhbərlik edəcək.

Universitetdən Modern.az-a verilən məlumata görə, böyük pedaqoji və idarəçilik təcrübəsinə malik olan yeni rektor Latviya Dövlət Universitetini bitirib, mühəndislik elmləri üzrə fəlsəfə doktorudur.

Latviya Dövlət Universitetinin professoru olan A. Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza