Modern.az

GİPA tələbə qəbulunu elan edir

GİPA tələbə qəbulunu elan edir

Aktual

6 Aprel 2017, 15:11

ABŞ –ın Azərbaycandakı səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparır.

Bu haqda Modern.az-a səfirlikdən bildirilib.

Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən maliyyələşdirilir.

 Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

 

Əlavə məlumat üçün Bakıdaki ABŞ Səfirliyinin saytına müraciət edin: //azerbaijan.usembassy.gov/resources/gipa-masters-in-journalism-program.html  

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza