Modern.az

“VƏTƏN SAĞ OLSUN” - Aprel şəhidləri yad edildi

“VƏTƏN SAĞ OLSUN” - Aprel şəhidləri yad edildi

Aktual

6 Aprel 2017, 16:12

Sabunçu rayonda yerləşən 295 nömrəli tam orta məktəbdə aprel döyüşlərinin il dönümü münasibəti ilə “VƏTƏN SAĞ OLSUN” devizi altında tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə rayon ictimayyəti ilə yanaşı, millət vəkili, şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edən millət vəkili Dilarə Cəbrayılova deyib ki, aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifəsidir. Onun sözlərinə görə, bu döyüşlər Azərbaycan ordusunun gücünü göstərdi və düşmən başa düşdü ki, Azərbaycan istənilən an öz doğma torpaqlarını işğaldan azad edə bilər. Deputat aprel döyüşləri zamanı həlak olan şəhidlərin göstərdiyi şücaətindən danışdı. Qeyd etdi ki, hər bir Azərbaycan oğulu düşmənlə mübarizədə qətiyyət göstərməyə hazırdır:

“Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan hərbiçilərimiz daim hörmət və ehtiramla yad ediləcək. Bu gün yetişən gənclik öz qəhrəmanlarını tanımalı, onlarla qürur duymalı, əsl vətənpərvər olmalı, torpaqlarımızın işğaldan azad edilməsi üçün üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməlidirlər”. Düşməndən azad olunan Cocuq Mərcanlı kəndində aparılan yenidənqurma işlərinin yüksək səviyyədə həyata keçirildiyini qeyd edən millət vəkili Cocuq Mərcanlıdan-Şuşaya ideyasının reallaşacağı günün uzaqda olmadığını bildirib. Toplantıda çıxış edənlər aprel döyüşlərinin gənclərdə həmrəylik, vətənpərvərlik tərbiyəsinin və milli ruhun gücləndirilməsində böyük rolundan danışdılar. Sonda məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza