Modern.az

Nazirlikdən diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə MÜRACİƏT

Nazirlikdən diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə MÜRACİƏT

Aktual

6 Aprel 2017, 17:23

Təhsil Nazirliyi bəzi şəhər və rayonlarda fəaliyyət göstərən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması məsələsinə aydınlıq gətirib.

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Onun sözlərinə görə, Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir: “Bunlara həmin müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması, bu işdə səlahiyyətli şəxslərin cəzalandırılması daxildir”.

 
Nazirlik rəsmisi qeyd edib ki, müsabiqədənkənar işə qəbul olunan şəxslər yenidən müəllim kimi fəaliyyət göstərmək istəyirlərsə, işə qəbul üzrə müsabiqədə (imtahan və müsahibə) iştirak etməlidirlər. 



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza