Modern.az

ADU-da fransız dilində “Xəsis” nümayiş olunub

ADU-da fransız dilində “Xəsis” nümayiş olunub

Aktual

6 Aprel 2017, 17:22

Aprelin 6-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə fransız ədəbiyyatının görkəmli dramaturqu və rejissor Jan-BatistPokelən Molyerin “Xəsis” komediyasının təqdimatı keçirilib.

Modern.az xəbər verir ki,Tədbirdə fransızdilli tələbələrin ifasında Molyer haqqında mahnı oxunub, onun həyat və yaradıcılığı, əsərləri haqqında geniş məlumat verilib. Molyerin “Xəsis” komediyasından videoçarx nümayiş olunub. Fransızdilli tələbələrin ifasında fransız dilində Molyerin “Tartuf” əsərindən səhnə də təqdim olunub.

Daha sonra Bakı Fransız Liseyinin müəllimi Jan Lük Dübröy “Xəsis” komediyasının çsüjet xətti, personajlar, əsərdə baş verən hadisələrə dramaturqun münasibəti və s. haqqında ətraflı məlumat verib.

Tədbirin sonunda Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi Jervez Mate Frankofoniya həftəsi çərçivəsində təşkil olunan tədbirdən və tələbələrin fəaliyyətindən məmnun olduğunu bildirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza