ABŞ prezidenti Donald Tramp konqresmenlərə Bəşər Əsəd rejiminə qarşı güc tətbiq etmək barədə düşündüyünü deyib.
Modern.az xəbər verir ki, bu barədə CNN-ə Ağ Evdəki diplomatik mənbə məlumat verib. Tramp bunu İdlibdə baş verən kimyəvi hücumdan sonra düşünməyə başladığını vurğulayıb.
Hazırda Trampın yekun qərar vermədiyi, Pentaqon rəhbəri Ceyms Mettislə bu barədə müzakirə apardığını deyib. Bundan 1 gün öncə, Tramp Əsədə qarşı münasibətini dəyişdiyini demişdi.
Xatırladaq ki, aprelin 4-də İdlibin Xan-Şeyxun şəhərində baş verən hava hücumu zamanı kimyəvi qazın tətbiq olunması nəticəsində 100-ə qədər dinc sakin həlak olmuşdu, yüzlərlə insan yaralanmışdı.
Vüqar İSMAYILOV