Modern.az

70 mindən çox abituriyent ərizəsini təsdiqləyib

70 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Aktual

6 Aprel 2017, 22:12

Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 10-da başa çatacaq. Modern.az xəbər verir ki, abituriyentlər “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiqləyirlər.

Son məlumata əsasən birinci-beşinci ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 70 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib.

Aprelin 10-dək elektron ərizəsini təsdiqləməyənlər imtahana buraxılmayacaqlar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza