Modern.az

ABŞ və Çin arasında yaxınlaşma:  Si Tzinp ABŞ-dadır

ABŞ və Çin arasında yaxınlaşma:  Si Tzinp ABŞ-dadır

Dünya

6 Aprel 2017, 23:50

Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ-a səfər edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Çin liderinin təyyarəsi Floridanın “Palm Biç” hava limanında eniş edib.  ABŞ prezidenti Donald Tramp da Çin rəhbəri ilə görüşmək üçün Floridaya səfər edəcək.

Trampın Si Tzinpinlə ilk görüşü onun Floridadakı “Mar-a-Laqo” iqamətgahında baş tutacaq. Liderlər arasında danışıqların aprelin 7-də keçiriləcəyi planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlər, ticarət disbalansı, Tayvan məsələsi, Cənub-Çin dənizi ətrafındakı mübahisə və Şimali Koreyanın nüvə problemi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB