Modern.az

Biləsuvarda 4 yaşlı uşaq yanaraq öldü

Biləsuvarda 4 yaşlı uşaq yanaraq öldü

Aktual

7 Aprel 2017, 09:20

Biləsuvar rayonu, Zəhmətabad kəndində yanğın qeydə alınıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən  (FHN) Modern.az saytına məlumat verilib.

Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza