Aparılan nəzarət yoxlamaları zamanı gəmilərdə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlar səbəbindən ümumilikdə 58 gəminin səfərə çıxmasına icazə verilməyib.
Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin hesabatında deyilir.
Bildirilir ki, bunlardan 34-ü Azərbaycan bayrağı altında üzən, 24-ü isə xarici bayraq altında üzən gəmilər olub.
Ötən dövr ərzində 3892 gəmi jurnalı təsdiq edilərək gəmilərə təhvil verilib.
Namidə BİNGÖL