Modern.az

“Mentalitetimizə ziddir, kimsə yolunu azıbsa, bu, gələcək faciələrdən xəbər verir”

“Mentalitetimizə ziddir, kimsə yolunu azıbsa, bu, gələcək faciələrdən xəbər verir”

Aktual

7 Aprel 2017, 13:06

“İnsan alverinin obyektiv və subyektiv səbəbləri var”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

 

Siyavuş Novruzov deyib ki, son vaxtlar mətbuatda, kim kimi qaçırdıb, kim kimi aparıb kimi xəbərlərə rast gəlinir. “Bunlar Azərbaycan milli mentalitetinə zidd olan məsələlərdir.

 

Burada ictimai nəzarət və KİV-in oynadığı rol çox mühümdür. Milli-mənəvi dəyərlərə zidd addımlar atan həmin insanların ictimaiyyət tərəfindən qınanması bəlkə də hüquqi tədrbirlərdən effektli olar.

 

Əgər kimsə vaxtında dərsə getmirsə, yolunu azıbsa, bu, gələcək faciələrdən xəbər verir. Ona görə də hamımız çalışmalıyıq ki, mübarizəmizin effekti daha da artsın”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza