Modern.az

“Üstündən bir il keçib, problem həllini tapmayıb”- deputatdan ETİRAZ

“Üstündən bir il keçib, problem həllini tapmayıb”- deputatdan ETİRAZ

Aktual

7 Aprel 2017, 13:48

“Son illərdə insan alverinin qurbanlarının və uşaqların qeyri-qanuni əməyə cəlb olunması prosesinin artması çox narahatedici məsələdir”.

 

Modern.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə İnsan alverinə qarşı Milli Kordinatorun illik hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ötən ilin hesabatında da uşaqların cinsi istismara qarşı mübarizə ilə bağlı xüsusi konvensiyanın hazırlanması nəzərdə tutulurdusa, bu ildə sənədə bu məsələ yenidən əksini tapıb.

“Məsələnin üstündən bir il keçsə də, problemin öz həllini tapmaması çox narahatedici məqamdır və bu məsələ təcili olaraq öz həllini tapmalıdır”.

Deputat uşaqların qeyri-qanuni əməyə cəlb olunması ilə bağlı məsələyə də toxunub.

Onun sözlərinə görə, əgər 2015-ci ildə 450 uşağın qeyri-qanuni əməyə cəlb olunması faktı müəyyənləşmişdisə, 2016-da bu fakt 600-ə qalxıb.

 

“Əgər 2015-ci ildə 200 valideyn uşaqlarını düzgün təlim tərbiyə etmədiyinə görə cərimə olunubsa, 2016-da bu fakt 240-a qalxıb.

 

Əgər 2015-ci ildə insan alverinin qurbanları əvvəlki illə müqayisədə 22 faiz artım olmuşdusa, 2016-da bu rəqəm 29,4 faizə qalxıb. Bütün bu faktlar bir daha bu sahədə ciddi problemlərin olduğunu göstərir. Baxmayaraq ki, bu sahədə uğurlu işlərin görüldüyü bildirilir”.

 

T. Kərimli əmək miqrantları ilə bağlı məsləyə toxunaraq deyib ki, xaricdən əmək miqrantları qeyri-qanuni yolla ucuz əməyə cəlb olunur.

“Xarici ölkələrdən gətirilən əmək miqrantlarının ucuz əməyə cəlb olunması nəticəsində Azərbaycan vətəndaşları iş tapa bilmir. Odur ki, bu problemlər nəzərə alınaarq, ciddi nəticə çıxarılmalıdır”

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza