Çox adam artıq çəkilərindən azad olmaq üçün müxtəlif pəhrizlər saxlayır. Bu pəhrizlərdən faydası olanı da var, olmayan da... Modern.az xarici KİV-ə istinadən 3 günə 5kq çəki ata biləcəyiniz pəhrizi təqdim edir. Qatıq və kartofla saxlanacaq pəhriz üçün sizə 3 gün zaman lazımdır.
Aç qalmadan çəki atmaq həqiqətən də mümkündür
Kartof tərkibindəki nişasta sayəsində başqa heç bir pəhrizdə hiss etmədiyiniz toxluq hissini yaşamağınıza kömək olacaq. Bəs necə?
Kartofun tərkibindəki nişasta su ilə birləşdikdə mədədə şişir və bir toxluq hissi yaradır. Yaşadığınız toxluq hissinə baxmayaraq, aldığınız kalori 1 stəkan portağal şirəsindən daha azdır!
100 qram kartofda nə qədər kalori var?
100 qram kartof yalnız 75 kalori olarkən, 1 stəkan portağal suyu təqribən 90 kaloridir. Həmçinin kartof - deyib keçməyin, tərkibindəki vitamin və minerallarla 3 gün ərzində sağlam qalmazını da təmin edəcək.
Kartofdan başqa digər təsirli qidanı qəbul etməyiniz vacibdir...
Təbii ki, qatıqdan danışırıq! Bir tərəfdən kilo verərkən digər tərəfdən, həzm sistemini qorumaq da mühümdür. Qatıq itirdiyiniz vitamin və mineralları yerinə qoyarkən, eyni zamanda həzm sisteminizi də tənzimləyəcək. Qatıq sayəsində 3 günlük yuxu kimi bir pəhriz keçirəcəksiniz.
Pəhrizi təqdim edirik:
Birinci gün:
Səhər yeməyi: 1 qaynadılmış kartof (duzsuz ), 1 stəkan qatıq
Günorta yeməyi: 2 qaynamış kartof (duzsuz ). 1 stəkan qatıq
Axşam yeməyi: 2 stəkan qatıq
İkinci gün:
Səhər yeməyi: 1 stəkan qatıq
Günorta yeməyi: 2 qaynamış kartof (yenə duzsuz), 1 stəkan qatıq
Üçüncü gün:
Səhər yeməyi: 1 qaynanmış kartof (duzsuz keçən son gününüz, az qaldı)
Günorta yeməyi: 1 qaynamış kartof (duzsuz), 1 stəkan qatıq
Axşam yeməyi: 1 stəkan qatıq
Bu xəbərdarlıqları oxumadan bu pəhrizə başlamayın!
İntensiv fiziki fəallıq tələb edən işlərdə çalışanlar, hamilələr, uşaq əmizdirən analar və sağlamlıq problemləri olanlar bu kimi pəhrizi heç vaxt sınaqdan keçirməməlidir. Bu pəhrizə 3 gündən çox davam etmək sağlamlıq problemlərinizə səbəb ola bilər.
Qafar Ağayev