Modern.az

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətə yenə “yox” dedi

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətə yenə “yox” dedi

14 Aprel 2011, 17:20

Gülağa Aslanlı: “Şəhər rəhbərliyinin bu cavabı sabah İctimai Palatanın Koordinasiya Şurasının iclasında müzakirə edliəcək”

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinqlə bağlı müraciətinə rəsmi cavab verib.
Bu barədə Modern.az-a İctimai Palatanın katibliyinin rəhbəri Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, şəhər rəhbərliyi “Nərimanov” kinoteatrı qarşısndakı ərazidə nəqliyyatın intensiv hərəkət etdiyini əsas gətirərək orada aksiya keçirilməsinin mümkünsüzlüyünü bildirib. Meriya Bibheybətdə yerələşən sürücülük məktəbinin həyətində aksiya keçirməyə razılıq verib.

“Şəhər rəhbərliyinin bu cavabı sabah İctimai Palatanın Koordinasiya Şurasının iclasında müzakirə ediləcək və aksiyanın keçirilməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq”-deyə G.Aslanlı bildirib.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?