Rusiya baş naziri Dmitri Medvedev ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Medvedev bu barədə özünün “Facebook” səhifəsində yazıb.
Rusiya baş naziri bildirib ki, ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmaq əvəzinə Suriyanın qanuni hökuməti ilə qəzəbli şəkildə rəftar edəcəyini nümayiş etdirib.
“ABŞ-ın Suriyaya hücumu zamanı beynəlxalq hüquq normaları pozulub. Eyni zamanda, hücum BMT-nin qərarı olmadan təşkil olunub”, - deyə o vurğulayıb.
Baş nazirin sözlərinə görə, Trampın bu addımı sübut edib ki, onun siyasəti Rusiya ilə hərbi toqquşma ehtimalı yaradır.
Modern.az