Modern.az

Stokholmda terror törətməkdə şübhəli bilinən şəxsin fotosu yayıldı

Stokholmda terror törətməkdə şübhəli bilinən şəxsin fotosu yayıldı

Dünya

7 Aprel 2017, 20:54

İsveç polisi Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayımlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onun artıq axtarışa verildiyi bildirilir.

 

Bundan əvvəl terror aktı törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə məlumat yayılsa da, polis bunu təkzib edib. Məlumata görə, hüquq-mühafizə orqanlarının mümkün terror aktı ilə bağlı məlumatları olmayıb.

 

Bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB