Modern.az

 ABŞ Suriyada əməliyyatı davam etdirəcək

 ABŞ Suriyada əməliyyatı davam etdirəcək

Dünya

7 Aprel 2017, 22:51

“Amerika Birləşmiş Ştatları kimyəvi silahdan istifadə edilməsinə biganə qalmayacaq. Kimyəvi silahların yayılmasının qarşısını almaq ölkənin milli maraqlarına cavab verir. ABŞ dünən olduqca tarazlaşdırılmış addım atıb. Biz bundan artığını da etməyə hazırıq, lakin ümidvarıq ki, buna ehtiyac olmayacaq. Amma hər bir halda ABŞ Suriyada əməliyyatı davam etdirməyə hazırdır”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının iclasında bildirib

 

Diplomatın sözlərinə görə, Suriyanın hərəkətlərinə görə Rusiya və İran da məsuliyyət daşıyır: “Dünya Rusiyadan Əsəd rejiminə qarşı münasibətini dəyişməsini gözləyir. Güman edirik ki, Moskva ilə Tehran müttəfiqlərinə müvafiq təzyiq göstərəcəklər”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB