Modern.az

ABŞ səfiri xaricdə oxumaq istəyən tələbələrə dəstək verib

ABŞ səfiri xaricdə oxumaq istəyən tələbələrə dəstək verib

14 Aprel 2011, 18:43


ABŞ-ın Azərbaycandakı səfiri Metyu Bryaza bu gün Bakı Təhsil Məlumat Mərkəzinin təşkil etdiyi Təhsil Yarmarkasında iştirak edib. Bu barədə ABŞ səfirliyindən Modern.az-a məlumat verilib. Yarmarkaların  məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb dünyanın bir neçə universitetində və beynəlxalq özəl məktəblərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir.
Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda, İngiltərərdə, İtaliyada, İspaniyada və başqa ölkələrdə yerləşən universitetlərin və ABŞ özəl orta məktəblərin nümayəndələri ilə görüşə biləcək, maraqlandandıran suallarla onlara müraciət edə biləcəklər.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza xaricdə təhsil almaqla əlaqədar Azərbaycanlı gənclərə məlumat əldə etmək üçün BTTM-ın nümayəndələrinə bu sərgini təşkil etdiklərinə görə öz təşəkkürünü bildirib. Brayz yarmarkada bir neçə nüfüzlu Amerika universitetlərinin nümayəndələri iştirakından şad olduğunu deyib.
“Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə durmadan artır – hər il 15 faiz daha çox tələbə ABŞ-da təhsil alır, bu isə göstərir ki, ABŞ yüksək beynəlxalq standartlara cavab verən ali təhsil təklif edir. Biz ümidvarıq kı, bu tendensiya davam edəcək”-deyə səfir vurğulayıb.

Səfir Brayza həmçinin bildirib ki, may ayının 21-də ABŞ-Azərbaycan Təhsil Mərkəzinin açılışı olacaq. Bu mərkəzdə ABŞ-da təhsil almaq imkanları barədə ətraflı məlumat əldə etmək mümkün olacaq. Mərkəz Cəfər Cabbarlı küçəsi 44 Caspian Biznes Mərkəzində yerləşəcək. Bu mərkəzdə Baki Təhsil İnformasiya Mərkəzi, American Councils (Amerika Şurası) və İREX təşkilatı yerləşəcək.

Yarmarkada iştirak edəcək universitetlər:  American İnterContinental University, Emirates Academy of Hospitality Management, Glion Institute of Higher Education, IE University, John Cabot University, Johnson and Wales University, Lynn University, MODUL University Vienna, Penn State, State University of New York –Plattsburgh, University of British Columbia, the University of Tulsa, Vanderbilt University, Wartburg University və 10-dan artıq Beynəlxalq Özəl Orta Məktəblər olub. Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcəklər və həmçinin yarmarka iştirakçılarını materiallarla və bukletlərlə təmin ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?