Modern.az

“Xrustal bayquş”un sahibi Bakıda

“Xrustal bayquş”un sahibi Bakıda

14 Aprel 2011, 18:56

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə aprelin 16-da Bakının birincisi” adlı II İntelektual Gənclər festivalı çərçivəsində  “Nə? Harada? Nə zaman?” İntellektual yarışması keçirəcək. Modern.az saytının məlumatına görə, bununla əlaqədar olaraq Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi bu gün mətbuat konfransı keçirib.
Konfransda bildirilib ki, turnir Beynəlxalq Kulublar Assosiasiyasının lisenziyası əsasında keçirilir və 30 komandada birləşən 180 nəfərin iştrakı ilə keçiriləcək. Yarışda tələbələr, bilicilər kulublarının nümayəndələri iştrak edəcək. Layihə “Firstline assistance” və “Park İnn”nin sponsurluğu ilə reallaşdırılacaq. Sual paketi beynəlxalq bilicilər hərəkatının ən yaxşı redaktoru seçilən Konstantin Naumenko tərəfindən  hazırlanacaq.

Turniri Minsk şəhərindən dəvət olunan məhşur teleaparıcı, “Xrustal bayquş” mükafatının sahibi, “2001-2005-ci illərdə klubun ən yaxşı kapitanı” fəxri adına layiq görülən Ales Muxin aparacaq. Turnirin münsiflər heyəti Bakı elitar kulubunun üzvləri olacaq. Açılış mərasimində millət vəkilləri, dövlət və hökümət nümayəndələri iştrak edəcəklər.

Qeyd edək ki, ARGTMŞ-sı son iki il ərzində “Nə? Harada? Nə zaman?” oynu üzrə artıq 3-cü layihəsini həyata keçirir.

Mai Ağaxanov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?