Modern.az

ABŞ və Rusiya III Dünya Müharibəsi başladır...

ABŞ və Rusiya III Dünya Müharibəsi başladır...

Dünya

8 Aprel 2017, 14:27

ABŞ-ın Suriyanın Şayrat aviabazasına endirdiyi raket zərbələrinin ardından Rusiyaya məxsus hərbi təyyarələr də İdlib şəhərini bombalayıb. Nəticə olaraq, bölgədə vəziyyət daha da gərginləşibr. Bəs bütün bu hadisələr III Dünya Mübaribəsinin yaranma ehtimalını artırırmı?


“Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu  Modern.az-a
bildirib ki, Suriyada böyük dövlətlərin maraqlarının toqquşması bu ölkələri bir-birinə qarşı qoya bilər:

“Suriyada Rusiya, Amerika, Türkiyə, İran kimi dövlətlərin maraqları toqquşur və bu da gərginliyə səbəb olur. Amerikanın son bombalamasından sonra Rusiya sərt bəyanat verdi. Buna görə də həmin ölkələrin qoşunları üz-üzə gələ bilər. Məsələn, təsadüfən Amerikanın hər hansı həmləsi nəticəsində Rusiya əsgərlərinə zərər dəymə ehtimalı var. Təbii ki, bu, istər-istəməz  gərginliklə nəticələnər. Amma düşünürəm ki, son məqamda böyük dövlətlər  təhlükəli xətdən  uzaqlaşmağa çalışacaq. Əslində Əsəd rejimi hakimiyyətini qorumaq üçün bilə-bilə belə gərginlik yaradır. Rusiya Əsədi ikiəlli dəstəkləməklə özünü tərəfdaş dövlətlərlə üz-üzə qoyur. Məsələn, Rusiyanın  İsrail və Türkiyə ilə münasibətləri yaxşıdır. Lakin  həmin dövlətlər belə, Trampın qərarını dəstəklədilər. Rusiya geri addım atsa, məsələni həll etmək mümkün olacaq. Əksini edib, böyük dövlətlərə qarşı sərt siyasət yürütsə, əlbəttə ki, qoşunların Suriyada toqquşma riski artacaq. Bütün bu hadisələrin Azərbaycana elə bir təsiri olacağını düşünmürəm. Bizim torpaqlarımızın azad olunması kimi  öz maraqlarımız var. Sadəcə Azərbaycanın arzusu odur ki, tərəfdaşımız olan ölkələr  münasibətlərdə gərginlik yaşamasın. Amma gərginlik artsa belə, bunun Cənubi Qafqaza, eləcə də Azərbaycana təsiri olacağını fikirləşmirəm”.

Politoloq Rasim Musabəyov düşünür ki, Suriyadakı hadisələr beynəlxalq aləmdə gərginliyi artıra bilər. O, Modern.az-a açıqlamasında bildirib ki, buna baxmayaq III Dünya Mübaribəsinin olma ehtimalı yoxdur:

“Əslində böyük dövlətlər arasında nüfuz davası gedir. Ancaq formal olaraq kimyəvi silahdan istifadə məsələsi var. ABŞ və Rusiya arasında gərginliyin yaranması, eləcə də, Türkiyənin  Rusiya, İran kimi dövlətlərə qarşı çıxması region üçün mənfi təsirlərə səbəb ola bilər”.


Günay Rəsulqızı

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB