Modern.az

Prezident Ələt-Astara yolundakı tikinti işləri ilə tanış olub

Prezident Ələt-Astara yolundakı tikinti işləri ilə tanış olub

14 Aprel 2011, 19:02

Aprelin 14-də Prezident İlham Əliyev ölkənin cənub regionuna səfəri çərçivəsində Ələt-Astara –İran İslam Respublikası dövlət sərhədi  avtomobil yolunda aparılan tikinti və  yenidənqurma işləri ilə tanış olub. 

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına əvvəlcə yolun  texniki-iqtisadi göstəriciləri barədə məlumat verib və bildirilib ki, 2009-cu ilin martında inşasına başlanılan Ələt-Astara –İran İslam Respublikası dövlət sərhədi  avtomobil bu yolunun  ümumi  uzunluğu 243 kilometr olub. Layihələşdirmə zamanı daha optimal marşrutlar  seçilib və yenidən qurularkən yol 38 kilometr qısaldılaraq 205 kilometr olacaq.

Yolun geniş olması avtomobillərin paytaxta və əks istiqamətə  sərbəst  və maneəsiz hərəkətinə imkan yaradacaq. Prezident İlham Əliyev tikinti və yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, həmçinin magistralın keçdiyi ərazilərdə abadlıq işlərinə diqqət yetirilməsi ilə bağlı  tapşırıqlar verib .

Qeyd edək ki, Ələt yaxınlığında salınan yeni yolun eni 27,5 metr, hərəkət hissəsi 4 zolaqlıdır. Burada  İki yol ötürücünün tikintisi başa çatmaq üzrədir. Hər biri 4 zolaqlı olmaqla yol ötürücülərinin birinin  uzunluğu 86,6 metr, digərinin uzunluğu isə 101 metrdir. Ümumilikdə isə layihə üzrə tikinti-quraşdırma işləri 87 faiz yerinə yetirilib. Tikinti işlərinin 2011-ci ilin sonunda tamamlanması  planlaşdırılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?