Modern.az

YAP-çı deputatlar ağacəkmə aksiyasında  - FOTOLAR

YAP-çı deputatlar ağacəkmə aksiyasında  - FOTOLAR

Aktual

8 Aprel 2017, 14:56

Aprelin 8-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları, gənclər iştirak ediblər.

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının  fəaliyyəti ərzində bir sıra ənənələri formalaşıb. Bu ənənələrdən biri də Bakının müxtəlif yerlərində yaşıllaşdırma kampaniyasında yaxından iştirak etməkdən ibarətdir. Ə.Əhmədov deyib ki, bu gün 500-dən çox ağac əkilməsi nəzərdə tutulur.


Modern.az aksiyadan fotoları təqdim edir:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza